Əsgər Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 5-də hərbi əməliyyatlar zamanı kəskin qanitirmədən qəhrəmancasına şəhid olub, Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra
"Vətən uğrunda" və
"Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham ƏliyevinSərəncamına əsasən Yusif Əliyev ölümündən sonra
"Füzulinin azad olunmasına görə" ,
"Cəbrayılın azad olunmasına görə " və
"Xocavəndin azad olunmasına görə" medalları ilə də təltif edilib.