2021/01/nocom-1609985865.jpg

line
Adı: Xəlilov
Soyadı: Namiq
Ata adı: İlyas
Doğum tarixi: 15.07.1992
Şəhid olub: 16.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Hələ Tovuz döyüşlərində “Görəcəksiz mən şəhid olandan sonra Qarabağ alınacaq” deyən XTQ-in giziri şəhid Xəlilov Namiq İlyas oğlu da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan oldu.


15 iyun 1992-ci ilde Şirvan şəhərində doğulan Xəlilov Namiq 2009-cu ildə məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti yekunlaşdıran Namiq XTQ kursuna seçilərək 2010-cu ildən N sayli hərbi hissədə gizir kimi xidmətə başlayıb.



Xidməti dövründə Türkiyə və Gürcüstanda müəyyən kurslara qatılaraq naliyyətlər əldə edən şəhid gizirimiz eyni zamanda Türkiyədə keçirilən “EFES-2018” Çoxmillətli Ortaq Xüsusi Təyinatlı Qüvvələr yığma komandasında da uğurla iştirak edib. O, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medallları ilə də təltif olunub.



2016-cı il aprel ayında Talış kəndi ətrafındakı yüksəkliklər uğrunda döyüşən Xəlilov Namiq 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Murov yüksəkliyi, Kəlbəcər və Hadrut istiqamətlərində ön sıralarda olub. Füzuli şəhərinin azad olunması uğrunda qəhrəmancasına vuruşan hərbçimiz 16 oktyabrda şəhidlik zirvəsinə yüksəlib.



Oktyabrın 17-də Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilən şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə də təltif edilib.



Şəhidimizin İki övladı – 3 yaşlı oğlu və 1 yaşlı qızı var. Müharibə ərəfəsində ailəsi ilə tez-tez danışa bilməsə də, sonuncu dəfə oktyabrın 11-də əlaqə saxlayıb.





memorial.az