44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhidlərimizin Vətən sevgisini sabahlarımız üçün yaşadacağıq. Şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır.
Şəhidlik müqəddəsdir. Şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür. Şəhidlik şərəf, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.
İkinci Qarabağ müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən Vətən və xalq yolunda canını fəda edən döyüşçülərimizdən biri də Səmədov Məhəmməd Niman oğludur.
2001-ci ilin iyun ayının 13-də ildə Pirşağı qəsəbəsində anadan olub.10 saylı sanatoriya tipli internat məktəbin 2016-cı il məzunu olub. İkinci Vətən müharibasi zamanı 06 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Gənc yaşında zamanı donan igid, adın vətənsevərlərin qəlbində əbədi yaşayacaq. Əcdadlarımızın ruhu dolaşan torpağımızı düşməndən azad etmək üçün şəhidliyi seçdin. Şəhid kimi dəfn olunmaq haqqının dəyərini bilib, ölümdən qorxmadın, çəkinmədin.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İkram Səmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.