2021/05/220px-1619976993.jpg

line
Adı: Bayramov
Soyadı: Elmin
Ata adı: Elməddin
Doğum tarixi: 21.07.2002
Şəhid olub: 06.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı
Elmin Bayramov 21 iyul, 2002-ci ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2008-2019-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. 2020-ci ilin iyul ayından Ağcabədi rayonunda yerləşən hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb.

Elmin Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci ilin oktyabrın 6-da Biləsuvar rayonunun Əsgərabad qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elmin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən,Elmin Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən,Elmin Bayramov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.