2021/05/13357-1619978807.jpg

line
Soyad: Abbasov
Ad: İsa
Ata adı: Faiq
Doğum tarixi: 02.08.1996
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
İsa Abbasov 1996-cı il avqustun 2-də Gəncə şəhərində anadan olub. 2003-2014-cü illərdə Gəncə şəhərində M.Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Tarix müəllimliyi" üzrə təhsilini davam etdirib. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri İsa Abbasov Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.