Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonra “Qəhrəmanlar Ölkəsi”nə çevrildi. Bunu Vətənin ərazi bütövlüyü uğrunda canından keçən oğullar sübut etdilər.
Vətənin müdafiəsi üçün sinəsini sipər edərək, şəhidlik məqamına yüksələn oğullarımızdan biri də Cəbrayılda dünyaya gələn və elə orada da son mənzilə yollanan Zamin Vahid oğlu Rəhimovdur.
Rəhimov Zamin Vahid oğlu - 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. 2006-cı ildə Binəqədi rayonunda fəaliyyət göstərən Sirik kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, 2008-ci ildə hərbi xidmətini başa vurmuşdur.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Z.Rəhimov 07 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rəhimov Zamin Vahid oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.