Toğrul Ramil oğlu Atakişiyev 2000-ci il fevralın 25-də Beyləqan şəhərində anadan olub. 2020-ci il iyun ayının 27-də hərbi polis kursuna qəbul olub. Hərbi polis kursunu bitirdikdən sonra Lənkaran şəhərində yerləşən Hərbi Polis İdarəsində işə başlayıb.
Toğrul Atakişiyev öz istəyi ilə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Toğrul Atakişiyev oktyabrın 21-də Hadrut döyüşləri zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.