2021/05/atas-1620038181.jpg

line
Adı: Asif
Soyadı: Ataşov
Ata adı: Kərim
Doğum tarixi: 10.04.2002
Şəhid olub: 01.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Ağdamın azad olunmasına görə» medalı
Ataşov Asif Kərim oğlu –10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirib.

2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Asif Ataşov Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 1 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olub. Xırdalan şəhər Şəhidlər məzarlığında dəfn edilib.

Hərbi xidmətə gedərkən sadəcə bir cümlə işlədib: “Anam vətən əmanəti”.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Ataşov Asif Kərim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Ağdamın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.