2021/09/agaqa-3265195884.jpg

line
Adı: Abbasov
Soyadı: Ağaqardaş
Ata adı: İlham
Doğum tarixi: 28.09.1992
Şəhid olub: 28.09.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib.

Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ali təhsil alsa da, hərbiyə olan marağı onun bu sahəyə üz tutmasına səbəb olub. O, istər məktəb, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsə örnək göstərilib.

Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib.



Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda, digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün çalışıb.
O, sentyabrın 28-də snayper gülləsinə tuş gələrək, şəhid olub.


Qeyd edək ki, 5 il övlad həsrəti çəkən şəhidimiz bir neçə ay sonra ata olmağa hazırlaşırdı.



Oxuduğu Hüseynxanlı kənd ümumi orta məktəbində təlim-tərbiyə nəticələri yüksək olan “IX” sinif baş leytenant Ağaqardaş Abbasovun adını daşıyacaq. Məktəbdə igid şəhidimizin adına “Qürur güşəsi” də yaradılıb.