44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Səməd Hüseynzadədir.
Səməd 18 oktyabr 1998-ci ildə İsmayıllı rayonu Talıstan kəndində anadan olub.
Müharibə zamanı özüyeriyən artilleriya taqımının heyət nəfəri kimi hərbi xidmətini yerinə yetirib.
2020-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetini bitirdikdən sonra Hərbi Xidmətə yola düşüb. Bir müddət hərbi xidmət etdikdən sonra ata-anasına zəng edərək "məni axtarmayın lazım gəlsə mən sizinlə danışacam" deyib. Məlum olub ki, Səməd Vətən müharibəsinə qatılıb.
Səməd və onun yoldaşlarının toplardan atışı dəqiq olduğundan düşmənin xeyli canlı güvvəsini məhv ediblər .30 sentyabr 2020-ci ildə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı mənfur düşmənin atdığı top atəşi nəticəsində dörd yoldaşı ilə birlikdə qəhramancasına şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə” , “Vətən uğrunda “ , “Xocavəndin azad olunmasına görə" , Ağdam azad olunmasına görə və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.