Orta təhsilini Zabrat qəsəbəsində alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. O, həmçinin ASAN xidmət könüllüsü olaraq çalışıb. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak edib. Qüdrət Adışov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırıb. Qüdrət, həm də pianoda çox gözəl ifa edirdi.
Universiteti müvəffəqiyyətlə başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Qüdrət 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib, Tərtər istiqamətində gedən döyüşlərdə vuruşub. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində döyüş tapşırığını icra edərkən şəhid olub. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsində yerləşən Zabrat-1 qəbristanlığında torpağa tapşırılıb.
Qüdrət şəhadətindən sonra ölkə başçısının müvafiq Sərəncamları əsasında
"Vətən uğrunda" ,
"İgidliyə görə" ,
"Xocavəndin azad olunmasına görə " və
"Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.