Səlim 15 iyun 2002-ci ildə Quba rayonu Zərqala kəndində anadan olub.
O orta məktəbdə təhsilini başa vurduqdan sonra 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.
Səlim Sultanov Vətən müharibəsinin ilk günündün döyüşlərə qatılıb. Əvvəlcə Suqovuşan, Ağdam cəbhələrində savaşıb. Sonrakı döyüş yolu Şuşa istiqamətində olub. 18 yaşlı döyüşçü düşmənlə savaşda şücaəti ilə hərbiçi yoldaşlarının rəğbətini qazanıb. Müharibə zamanı özüyeriyən artilleriya taqımının heyət üzvü kimi xidmətini yerinə yetirib.
Səlim noyabrın 2-də Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
“Səlim mərd, qorxmaz oğul idi. Hamının hörmətini qazanmışdı. Vətən müharibəsində Xocalının Çanaqçı kəndində şəhid olub. Bizimlə telefonla danışırdı. Özü döyüşlərdə olsa da, bizə ürək-dirək verirdi. Qələbə qazanacağıq deyirdi. Sonuncu söhbətimizdə bir neçə gün ona zəng çatmayacağını söylədi. Ondan sonra şiddətli döyüşlərə girib. Torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Oğlumla fəxr edirəm”, - deyə şəhidin atası Sultan Sultanov söyləyib.
Səlim Sultanovun bir qardaşı və bir bacısı var. O, təkcə ailəsinin yox, eləcə də təhsil aldığı məktəbin, yaşadığı kəndin sevimlisi olmağı bacarıb. Şəhid olmazdan bir neçə gün əvvəl ailəsi ilə əlaqə saxlayan döyüşçü düşmənin məhv edildiyini, müharibənin bitməyinə az qaldığını bildirib.
Şəhid anası Niyazə Sultanova deyib: “Səlim ortancıl övladım idi. Döyüşlər zamanı bir neçə dəfə telefonla danışmışıq. Sağ-salamat qayıdacağam deyirdi. Vətənini çox sevirdi. Vətən uğrunda da şəhid oldu”.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə .
"İgidliyə görə”, “Vətən uğrunda “,“Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub medalları ilə təltif edilib.