2021/09/face-1632207079.jpg

line
Soyad: Zamanlı
Ad: Məmməd
Ata adı: Rəhman
Doğum tarixi: 03.08.1998
Şəhid olub: 27.09.2020
Rütbə: leytenant
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Məmməd Rəhman oğlu Zamanlı 3 avqust 1998-ci il avqustun 3-də Azərbaycan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 27 sentyabr 2020-ci ildə Füzuli rayonu isitqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Məmməd Zamanlı Vətən müharibəsinin şəhidi zirvəsinə yüksəlib

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən leytenant Məmməd Zamanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası yönündə başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olan Məmməd Zamanlı Şərur rayonunda Ana torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.