2021/05/320px-1620048612.jpg

line
Adı: Həsənzadə
Soyadı: Məhəmmədəli
Ata adı: Hörmət
Doğum tarixi: 07.05.1999
Şəhid olub: 06.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Qubadlıdan olan Həsənzadə Məhəmmədəli Hörmət oğlu da var.

Həsənzadə Məhəmmədəli 1999-cu ilə may ayının 1-də Sumqayıt şəhərində anadan olub.
O, 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib.

Həmin il Azərbaycan Turizm və Menecment Universitetinin Biznesin idarəçiliyi fakültəsinin "Menecment" ixtisasına qəbul olub. 2020-ci ilin iyul ayında ali təhsili başa vuraraq hərbi xidmətə göndərilib. Hərbi xidməti Qusar rayonunda "N" saylı hərbi hissəsində çəkib.

Məhəmmədəli sentyabr 27-də başlayan Vətən müharibəsinə qatılıb. Döyüşlərdə böyük şücaət göstərən Məmmədəli düşmənin bir neçə texnika və canlı qüvvəsini məhv edib. O, Hadrutda gedən ağır döyüşlərdə əsgər yoldaşının həyatını xilas edib. Döyüş yoldaşı Yarıyev Azər deyir ki, həyatda sağ qalmasına görə Məmmədəliyə borcludur. Onun sözlərinə görə, Məhəmmədəli ondan başqa daha bir neçə nəfəri yaralı vəziyyətdə döyüş meydanında çıxarmağa müvəffəq olub.

Şəhidimizin atası Hörmət Həsənzadə isə I Qarabağ və Aprel döyüşlərində iştirak edib. Oğlunun şəhid olması ilə fəxr edən ata, "Mənim yarımçıq qoyduğum işi oğlum layiqincə bitirdi",- deyə vurğulayıb.

Cəbrayıl, Füzuli, Hadrut istiqamətində vuruşan Məhəmmədəli, noyabrın 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 8-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Həsənzadə Məhəmmədəli ölümündən sonra “Vətən uğrunda” , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.