2021/05/Captu-1620049045.jpg

line
Soyad: Hüseynli
Ad: Ağa
Ata adı: Aydın
Doğum tarixi: 07.09.2001
Şəhid olub: 05.10.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Ağa Hüseynlidir. Ağa Aydın oğlu Hüseynli 2001-ci il sentyabrın 7-də Sabirabadın Moranlı kəndində dünyaya gəlib. İki bacının bir qardaşıydı. Orta məktəbi bitirdikdən sonra niyyəti ali məktəbə qəbul olmaq idi. Lakin universitetə qəbul ola bilmədiyindən həqiqi hərbi xidmətə yollanıb.

27 Sentyabr 2020-ci ildə başlayan vətən müharibəsi zamanı Ağa Hüseynli də xidmət keçdiyi hərbi hissədən döyüş bölgəsinə gedib. Ağa Hüseynli Füzuli istiqamətində döyüşlərə qatılıb, uğurlu əməliyyatların iştirakçısı olub. Oktyabr ayının 5-də isə 19 yaşlı qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Ağa Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Ağa Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.