Səttarov Səxavət Qüdrət oğlu 2001-ci il iyunun 15-də Astara rayonu Səncərədi kəndində anadan olub.
2019-cu ildə Ordu sıralarına yola düşəndə Vətən torpağını göz-bəbəyi tək qorumaq, məqamında silaha sarılıb düşmən tapdağında olanları isə canı bahasına azad etmək ürəyindən keçir. Ön cəbhədə doğma Azərbaycana nümunəvi xidməti qısa müddətdə Səxavətə böyük nüfuz qazandırır, onu əsgər yoldaşlarına, komandirlərinə sevdirir. Hamı igid əsgəri hər an sinəsini Vətəni üçün sipər etməyi bacaran əsl qəhrəman bilir. İkinci Qarabağ müharibəsi başlayanda belə də olur.
Müharibənin ilk gündən Səxavət öz gücünü düşmənə göstərir. Canından artıq sevdiyi Vətənin yaşaması naminə ən ağır müharibə meydanına canla-başla gedir, qələbəyə inamla döyüşür və işğal edilmiş hər qarış torpağın qisasını düşməndən almağa çalışır. Füzuli, Zəngilan, Qubadlı rayonların erməni dığalardan təmizləməkdə daha çox fərqlənir. Ürəyinin istəyini əsas götürərək Şuşa döyüşlərinə girən zamanda sona qədər vuruşub faşistlərdə qisas alacağına and içir. Və sərrast atəşlə dığaların neçə-neçə texnikasını sıradan çıxardır, canlı qüvvəsini sarsıtdır. Xocavənd rayonunda gedən döyüşdə əsl qəhrəman kimi vuruşub və 3 noyabrda canından keçməklə bir daha Vətən sevgisinin hər şeydən uca olduğunu sübut edir.
Səxavətin Vətən sevgisi həm də öz igid oğluna ölümsüzlük gətirir. Milyonların ürəyində yaşayır Səxavət. Qərinələr keçdikcə də bu belə olacaqdır. Çünki Səxavət öz ömrünü Vətəninə verib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səxavət Səttarov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.