2021/05/69b83-1620062238.jpg

line
Adı: Səttarov
Soyadı: Emin
Ata adı: Ramin
Doğum tarixi: 25.05.2001
Şəhid olub: 24.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır.

Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu cür oğullardan biri də Səttarov Emin Ramin oğludur. O, 25 may 2001-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə 10 saylı sanatoriya tipli internat məktəbinə daxil olub. Təbiətcə çox sakit, istiqanlı, mərd şagird olub. O, 2017-ci ildə oxuduğu məktəbi bitirərək həmin ilin sentyabrında Bakı, 12 nomrəli peşə liseyinin aşpazlıq peşəsinə qəbul olub.

Emin 2020-ci ilin iyun ayında liseydəki təhsilini bitirərək iyul ayının 8-i hərbi xidmətə yollanıb. Fizuli, Cəbrayıl , Xocavənd, Hadrutda gedən döyüşlərdə iştirak edib. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səttarov Emin Ramin oğlu ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.