2021/09/nurla-1632510130.jpg

line
Adı: Bağırov
Soyadı: Nurlan
Ata adı: İsmayil
Doğum tarixi: 21.01.2001
Şəhid olub: 25.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Nurlan İsmayıl oğlu Bağırov 2001-ci il, yanvarın 21-də Gəncə şəhərində dünyaya göz açıb. 2019-cu ildə Kəlbəcər rayonunun Gəncə şəhərində yerləşən 28 nömrəli orta məktəbini bitirib.

2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb. Vətən Müharibəmiz başlayanda Ordumuzun əsgəri kimi Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.

2020-ci ilin oktyabrın 25-də Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub, bir gün sonra Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Nurlan İsmayil oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.