44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də İman Məmmədzadədir
İman Elman oğlu Məmmədzadə 14 sentyabr 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olmuşdur. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Sonradan Rusiyaya köç etmiş və orta təhsilini orada almışdır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycana geri qayıdır. Daim özünə hərbçi olmağı arzulayan İman 2019-cu ildə iyun ayının 11-də Vətənə olan borcunu ödəmək üçün həqiqi hərbi xidmətə çağırılır və Qusar rayonunun "N" saylı hərbi hissəsinə yola salınır.
Vətən mühribəsi adlandırdığımız 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində fəal iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə ərzaq göndərilməsi çətin olan yerlərə ərzaq daşımaqda kömək olan İman neytral ərazidən 10-dan çox şəhid nəşi çıxarmışdır.
Qubadlı, Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edən və böyük şücaət göstərən qəhrəman İman 1 noyabrd Xankəndində yerləşən Qırmızı bazar adlanan yüksəkliyi uğrunda gedən döyüşlərdə Qardaşı Bəhram Məmmədzadədə ilə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.