2021/09/Vusal-1632015288.jpg

line
Adı: Allahverdiyev
Soyadı: Vüsal
Ata adı: Novruz
Doğum tarixi: 25.07.2002
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vüsal Novruz oğlu Allahverdiyev 25 iyul, 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində dünyaya göz açıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan ən gənc əsgərlərdən biridir. Vüsalın 18 yaşı yenicə tamam olmuşdu...

Orta məktəbi bitirdikdən sonra Vüsal Allahverdiyev 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.

2 ay sonra, sentyabrın 27-də Vətən müharibəsinə qoşulan əsgər Vüsal döyüşlərə Xocavənd rayonu istiqamətində başlayıb. Füzulinin azadlığı uğrunda qəhrəmancasına döyüşüb.

Vüsal Allahverdiyev 2020-ci il, noyabrın 6-da Xocavənd istiqamətində döyüşlərdə şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vüsal ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" "Vətən uğrunda" medalları ilə təltif edilib.