Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kənan Hacıyev 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi naminə başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Oktyabrın 6-da Kənan şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Noyabrın 9-da Kənan Hacıyevin şəhid olma xəbəri təsdiqlənib. Astara rayonunun Anbuba kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Hacıyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Hacıyev ölümündən sonra
"Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.