2021/05/dfds-1620110202.jpg

line
Soyad: Abbasov
Ad: Möhlət
Ata adı: Eldəniz
Doğum tarixi: 19.03.2001
Şəhid olub: 07.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Abbasov Möhlət Eldəniz oğlu 19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəsinin ilki olan Möhlət 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbin birinci sinifinə başlayıb, 2018-ci ildə isə həmin məktəbdən məzun olub. 2019-cu ildə Vətənə borcunu yerinə yetirmək üçün Hərbi Xidmətə yollanıb.

27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qoşulanda hərbi xidmətinin bitməyinə 3 gün qalmışdı. Amma o, Vətənini seçir. Düşmənə qarşı igidliklə, mərdliklə vuruşur.

Möhlət Abbasov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub.
Döyüşlərdə göstərdiyi igidliklərə görə üç medalla təltif edilib.