Zəfər Surxayzadə 5 avqust 2001-ci ildə Şəkidə anadan olub. Orta təhsilini 2007–2018-ci ildə Şəki şəhəri Baltalı kənd tam orta məktəbində alıb.
9 oktyabr 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Əsasən Cəbhənin Füzuli istiqamətində hərbi xidmət keçib.
Azərbaycan Ordusunun əsgəri olan Zəfər Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib.
Zəfər Surxayzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 10 noyabr 2020-ci ildə doğulduğu kənddə torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zəfər Surxayzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.