Azər Vətən müharibəsində iştirak edərək. Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 15 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Uzun müddət koma vəziyyətində qalan Azər Əliyev 28 yanvar 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bir gün sonra doğulduğu Yuxarı Qiyaməddinlidə torpağa tapşırılıb.
Vətən borcunu şəhadəti ilə ödəyən Azər ölümündən sonra "
Vətən uğrunda" ,
"Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və
“Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidimizin özündən sonra azyaşlı qızı
Nəzrin Vətənə yadigar qalıb. 2021-ci ilin aprelində Azərin 2-ci övladı dünyaya gəlib. Yeni doğulan körpəyə atasının istəyilə
"Əli" adını qoyublar. Kənd küçələrindən birinə Azərin adı verilib. Bundan başqa, həmin kənddə onunla birgə iki şəhid -
Sahil Məmmədov və
Sənan Miriyevin də xatirəsi əbədiləşdirilərək abidə ucaldılıb.