2021/05/sehid-1620133849.jpg

line
Soyad: Ağarlı
Ad: Toğrul
Ata adı: Daşqın
Doğum tarixi: 31.01.1995
Şəhid olub: 07.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Ağarlı Toğrul Daşqın oğlu 1995-ci il, yanvarın 31-də Ağsu rayonu Ağalarbəyli kəndində anadan olub.

Toğrul Vətən Müharibəsində, Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Toğrul Ağarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Toğrul Ağarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.