2021/05/Nihad-1620134016.jpg

line
Soyad: Abdullayev
Ad: Nihad
Ata adı: Adil
Doğum tarixi: 13.04.2002
Şəhid olub: 09.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Abdullayev Nihad Adil oğlu 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb

Əsgər Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Nihad Abdullayev noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.