2020-ci il sentyabr ayının 27-də mənfur erməni təxribatlarının qarşısını almaq və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ayhan da öz canı, qanı bahasına döyüşlərdə iştirak edib. O, Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanlı kəndində Üçtəpə deyilən ərazidə 30 sentyabr 2020-ci il tarixində ağır yaralanıb. Ayhan yaralandıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da,
4 gün komada qaldıqdan sonra 4 oktyabr tarixində şəhadətə qovuşub. Şəhidimiz Binəqədi qəsəbəsi qəbristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində böyük izdihamla dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra
"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.