Azərbaycan Ordusunun əsgəri olan Albaba Xanəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşüb. Albaba Xanəliyev noyabrın 5-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Albaba Xanəliyev ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
memorial.az