2021/09/resha-1632145366.jpg

line
Soyad: Zeyniyev
Ad: Rəşad
Ata adı: Ələkbər
Doğum tarixi: 13.09.2001
Şəhid olub: 08.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı

Rəşad Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Rayonun Petrovka kəndinin 5 saylı tam orta məktəbində təhsil alıb. Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin məzunudur.

8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladdan son beşik olub.

Hərbi xidməti
2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücayət göstərib. 8 noyabr tarixində, Şuşa istiqamətində döyüş zamanı, 2 metrliyində partlayan mərmi Rəşadın həyatına son qoyub. Doğulub boya-başa çatdığı Cəlilabad torpağında dəfn olunub.

Döyüşlərdə göstəriyi qəhrəmanlıqlara görə, Vətən Uğrunda, Füzuli, Xocavənd və Şuşanın azad olunması üçün medalları ilə təltif edilib.