Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də İsmayıl Qasımovdur.
Qasımov İsmayıl Sadiq oğlu 17.12.1989-cu ildə anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 09.11.2020-ci ildə Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Ölümündən sonra "Vətən Uğrunda”, "Cəbrayılın azad olunmasına" və "Füzuli rayonlarının azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin həyat yoldaşı deyir:
“O, həmişə deyirdi ki, şəhid olmaq ən böyük arzumdur. İmam Əli aşiqi idi. Xatirələrimiz çoxdur. Son danışıqlarımızda namazlarıma daha çox diqqət etməyimi istədi məndən. Elə bil ürəyinə dammışdı ki, şəhid olacaq. Amma bir yandan da, məni qorxutmaq istəmirdi. Zamanımızın imamını gorməyi çox arzulayırdı. Deyirdi ki, gorəsən qismət olacaq onu görmək? Deyirdi: elə mömin olmaq istəyirəm ki, kim nə etsə də, qəlbimə dəyməsin. O qədər gözəl ürəyi var idi ki...”