2021/05/image-1620165312.jpg

line
Adı: Cavanşir
Soyadı: Həmidli
Ata adı: Namiq
Doğum tarixi: 20.10.1997
Şəhid olub: 07.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Cavanşir Həmidlidir.

Cavanşir Namiq oğlu Həmidli 20 oktyabr 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olub. Ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin "İqtisadiyyat və idarəetmə" fakültəsinə qəbul olub. 2019-cu ildə universitetini bitirərək "Maliyyə" ixtisası ürə bakalavr dərəcəsi alıb.

Vətən qarşısında borcunu yerinə yetirmək üçün 2019-cu ilin iyul ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Cavanşir Həmidli Milli Ordunun "N" saylı "Həmlə" Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi hərbi təlimlərə qatılaraq hərbi texnikanın və döyüş silahlarının istifadəsini yüksək səviyyədə mənimsəməklə hərbi hissə rəhbərliyinin rəğbətini qazanıb.

Təcavüzkar erməni faşistlərinin ölkəmizə iyul 2020-ci il təcavüzü səbəbiylə hərbi hissə komandanlığına ön cəphəyə göndərilməsi üçün bir neçə dəfə raport ilə müraciət edib. 2020-ci ilin sentyabr tarixində II Qarabağ müharibəsi başladığı gündən Cavanşir də taboru ilə birgə tabor yoldaşları ilə birgə torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşə qatılır.

Tərtər-Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək onlarla erməni əsgərini məhv edib. Sonradan Füzuli rayonunun bir sıra kəndlərinin və Cəbrayıl rayonunun mərkəzi də daxil olmaqla bir neçə yaşayış məntəqələrinindüşmən taptağından azad olunmasında müstəsna qəhrəmanlıqlar göstərib. Döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq bir neçə yaralı əsgər yoldaşını əsgər yoldaşını döyüş zonasından böyük əzmkarlıq və rəşadət göstərərək çıxarıb. Əsgər Cavanşir Həmidli 07 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq adını qızıl hərflərlə tarixə yazıb.

Lənkəran Dövlət Universitetinin məzunu olan Cavanşir 2018-ci ildən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri sırasına qoşulmuşdu. Könüllülük fəaliyyəti dövründə də vətənpərvərliyi ilə seçilən Cavanşir elə müqəddəs Vətən uğrunda, üç rəngli Bayrağımız uğrunda canını fəda edərək könüllü dostlarının, tanıyanlarının yaddaşlarında əbədi taxt qurdu.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Çayrud kəndində anadan olan əsgər Cavanşir Namik oğlu Həmidli ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

memorial.az