Qəhrəmanımız 76 nömrəli tam orta məktəbdə oxuyub. Uşaqlığından cüdo ilə məşğul olub, bir sıra turnirlərdə qalib gəlib.
Muhammad məzun olandan bir il sonra Qarabağın azadlığı uğrunda Vətən Müharibəsi başlayıb. Azərbaycan Ordusunun əsgəri Muhammad Eissavi onun üçün də müqəddəs olan torpaqların uğrunda ermənilərlə döyüşə yollanıb. Xocavənd, Ağdam istiqamətində döyüşlərin iştirakçısı olub. Müharibənin son günündə - noyabr ayının 9-da şəhadətə ucalıb.
Eissavi yaşadığı torpağın bütövlüyü yolunda canını əsirgəmədiyi üçün ölümündən sonra
"Vətən uğrunda" və
"Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi olan Muhammad Mazen oğlu Eissavinin xatirəsi Myanmarın Arakan bölgəsində əbədiləşdirilib. Azərbaycan ordusunun ərəb əsilli əsgərinin adına Arakanda su bulağı açılıb.