2021/05/13209-12961645704.jpg

line
Soyad: Abışov
Ad: Asif
Ata adı: Əlövsət
Doğum tarixi: 16.05.1992
Şəhid olub: 02.11.2020
Rütbə: Kiçik Çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Asif Əlövsət oğlu Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub.

Kiçik çavuş Asif Abışov 44 günlük müharibə zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Asif Abışov noyabrın 2-də Xocavənd istiqamətində şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə də təltif edilib.