O, Xocəvənd istiqamətində gedən döyüşlərdə ayağından güllə yarası almışdı. Döyüş yoldaşları “Yaralısan, geri çəkil”, desələr də o, sona qədər vuruşacağını bildirib. Bir müddət davam edən edən atışmada yanlız Şəhriyar və dostu Qarayev Elnur Qabil oğlu sağ alıb. Mühasirəyə düşən Ş.Əsgərov oradan çıxa bilməyəcəyini anlayıb, əl qumbarası ilə özünü və 4-dən çox ermənini partladaraq şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Şəhriyar Əsgərov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Qəmbərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhriyar şəhid olmamışdan öncə ailəsi üçün son məktub da yazıb:
“Əziz atam və anam, siz bu məktubu oxuyursunuzsa artıq mən axirət dünyasındayam. Biz uşaq olarkən bizlərə İmam Hüseyndən və onun şəhadətindən danışırdınız. Elə uşaq ikən o danışdığınız şəhidlik zirvəsinin arzusunda olmuşam. Şükürlər olsun ki, Rəbbim məni də o zirvəyə çatdırdı. Bilirəm, anacan övlad itkisi sənə ağır gələcək , amma səndən xahişim odur ki, ağlayıb düşməni sevindirməyəsən. Üç rəngli bayraqda məni gətirəndə, xanım Zeynəbin müsibətini düşün ki, balasını qurban verdi və Xeymətdən (çadr) çölə çıxmadı. Sən də elə dözümlü ol! Sevin ki, şəhid anasısan. Sevin ki, övladın Ağamız Hüseynə müsafirdir. Gözəl bacım və qardaşım sizləri də çox istəyirəm, başınızı hər zaman dik tutun. Sizləri öncə Allaha daha sonra bir-birinizə əmanət edirəm. Yazmağa çox sözlər var, amma sizləri daha çox kövrəltmək istəmirəm. Haqqınızı halal edin. Hə, bir də anacan söz vermişdim sənə ki, torpaqlarımız azad olunduqdan sonra Şuşaya istirahətə göndərəcəkdim. Üzrlü say anacan, ilk dəfə sənə verdiyim sözü tuta bilmədim. Öpürəm sizləri. İsa və Xədicəni hər gün mənim əvəzimdən öpün! İnşAllah cənnətdə görüşərik. Haqqınızı halal edin! Oğlunuz Şəhriyar”...