2021/05/14222-1620216774.jpg

line
Soyad: Axundov
Ad: Eşqin
Ata adı: İntiqam
Doğum tarixi: 03.01.2000
Şəhid olub: 03.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Axundov Eşqin İntiqam oğlu 3 yanvar 2000-ci ildə Gəncə şəhərində dünyaya gəlib.

Azərbaycan Ordusunun əsgəri olan Eşqin Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşüb. Noyabrın 3-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Eşqin Axundov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.