2021/05/12982-1620225948.jpg

line
Adı: Rüstəmov
Soyadı: Aydın
Ata adı: Elxan
Doğum tarixi: 17.08.1997
Şəhid olub: 08.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Rüstəmov Aydın Elxan oğlu 17 avqust 1997-ci ildə Gəncə şəhərində anadan olub.Gəncə şəhərində yerləşən 32 saylı orta məktəbi bitirib.

2015-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Avropa Texniki Universitetinə qəbul olub.

2019-cu ildə 4-cü kurs tələbəsi olarkən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılan Aydın Rüstəmov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri kimi 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, Füzuli istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Aydın Rüstəmov bu istiqamətində gedən döyüşlərdə yaralanmış, ona ilkin tibbi yardım göstərildikdən sonra döyüşə davam etmişdir.

8 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.

7 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Rüstəmov ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Rüstəmov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.