2021/09/d-1632767429.jpg

line
Adı: İbadov
Soyadı: Rauf
Ata adı: Məhərrəm
Doğum tarixi: 04.05.1996
Şəhid olub: 23.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Rauf İbadovdur.

İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub.2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil alıb.2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil alıb.

2017-2018-ci illərdə 708 saylı MO hərbi hissədə xidmət edib. Hərbi xidmətdə nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunub və hərbi hissə komandiri tərəfindən qol saatı hədiyə olaraq verilib.

Milli Qəhramanımız Mübariz İbrahimovu özünə ideal seçərək, 2016-cı ildən Şəhidlik zirvəsinə çatmağı qarşısına məqsəd qoyub.

Uşaq vaxtından rəsmə və incəsənətə olan marağını məktəb və universitet dövrlərində olduğu kimi, əsgərlik dövründən sonra da davan etdirib. Universitetdə ilk sərgi Raufun rəsm əsərləri ilə təşkil olunub və digər müsabiqələrdə iştirak edərək 15ə yaxın fəxri fərmanlarla təltif edilib.

2015-ci il Birinci Avropa Oyunlarında Prezidentimizin çağırışına dəstək olaraq, yarışın açılış və bağlanış mərasimlərində, könüllü olaraq, iştirak edib və göstərdiyi nailiyyətə görə Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehrib Əliyevanın imzaları ilə təşəkkürnamə təqdim olunub.

2020 -ci il iyul ayındakı Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşüb. Hərbi Komisarlıqda:"Mən Polad Həşimovun qisasını almağa gedirəm"- deyib.

2020-ci il sentyabr ayın 21-dən cəbhəyə yola salınıb..

Sentyabr ayının 27-sindən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə, Rauf manqa komandiri təyin olunub.

Hadrut meşəliyində gecə saatlarında, bütün heyət mühasirəyə düşübvə 6 şəhid veriblər və Şəhidlərimizdən birinin cəsədini Rauf çiyninə alaraq 20 kilometrlik məsafədə yerləşən arxa posta çatdırıb. Səhərə yaxın gəlib öz mövqeyinə çatıb və komandirlərinə ön cəbhədə vuruşacağını və yeni post alacağını dəfələrlə söyləyib. Bu müddət ərzində o gizir vəzifəsinə təyin olunub və 052 saylı briqadaya rabitəçi təyin edilib.

Son məlumata görə, 23 oktyabr tarixində, Laçın Dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv edib və qəhramancasına həlak olub. Cəsədlər bir neçə gün neytral ərazilərdə qalıb və atəşkəs elan olunduqdan sonra cəsədlər neytral ərazidən çıxarılıb.

9 oktyabr 2020-ci il tarixində, Abşeron rayon, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ölümündən sonra, Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə, göstərdiyi qəhramanlığa görə, "Vətən Uğrunda" , "Cəbrayılın Azad Olunmasına Görə" "Füzulinin Azad Olunmasına Görə" medalları və Fəxri Fərman ilə təltif edilib.