2022/09/izzet-1662664421.jpg

line
Adı: Hümbətov
Soyadı: İzzət
Ata adı: Müşviq
Doğum tarixi: 09.09.1996
Şəhid olub: 12.10.2020
Rütbəsi: Mahhxhq əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı
İzzət Müşfiq oğlu Hümmətov 1996-cı il sentyabrın 9-də Şabran rayonunun Uzunboyad kəndində anadan olub.Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan İzzət hərbi xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif edilib.



Aprel döyüşlərinin iştirakçısı olan vətənpərvər gənc əsgərlikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi Orduda qalıb. Öz istəyilə Müdafiə Nazirliyinə müraciət edərək, xüsusi kurslardan keçib və həmlə taborunda motoatıcı vəzifəsində xidmətə başlayıb.



Azərbaycan Ordusunun əsgəri olan İzzət Hümmətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.



İzzət Hümmətov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

“İzzət uşaqlıqdan seçilirdi. Elə balaca vaxtı əyninə hərbi forma geyinməyə həvəsli idi. Arzusuna da çatdı, hərbçi oldu. Döyüş yoldaşları danışır ki, İzzət qorxu bilməyib. Çiynində pulemyotu ilə düşmənin üzərinə qorxmadan gedirdi. Biz onunla fəxr edirik”, - deyə şəhidin babası Fərhad Güləliyev söyləyib.



Şəhidin anası Səbinə Hümmətova deyib: “Mehriban, gülərüz, istiqanlı övlad idi. Müharibədə olanda əlaqə saxlayırdıq. “Ana, sən sevin ki, mən hərbi formanı əynimə geyinmişəm”,- deyirdi. Bir müddət xəbər almadıq ondan. Oktyabrın 29-u gecə şəhid olmasını xəbər verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.



Şabranın Uzunboyad kəndi torpaqlarımızın müdafiəsi zamanı yeddi şəhid verib. Onlardan üçü Vətən müharibəsi şəhididir.