2021/09/Əmra-1632351151.jpg

line
Adı: Əliyev
Soyadı: Əmrah
Ata adı: Ürfət
Doğum tarixi: 04.07.1997
Şəhid olub: 08.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Əmrah Əliyevdir. Əmrah Ürfət oğlu Əliyev 1997-ci il iyulun 4-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. Kənd məktəbində oxuyub. Ağcabədi və Beyləqanda minamyotçu əsgər kimi hərbi xidmət edib və fəxri fərmanlarla təltif edilib. Döyüşlər başlayandan bir müddət sonra könüllülərin aparılması dayandırılsa da, iki dəfə rayon Hərbi Komissarlığına müraciət edərək onu da aparmaqlarını xahiş edib.

Çavuş Əmrah Əliyev Vətən müharibəsi zamanı Füzuli, Hadrut və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Dondar Quşçu kəndində dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Əmrah ölümündən sonra "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" "Cəbrayılın azad olunmasına görə" medalları ilə də təltif edilib.




Şəhid Əmrah Əliyev ailəli olub, 2 övladı yadigar qalıb. Sağlığında dünyaya gələn 1 yaşlı Adəmdən sonra, 2021-ci ilin ilk günü - yanvarın 1-də ikinci övladı dünyaya göz açıb. Ölümündən əvvəl balaca igidin adının Rüfət qoyulmasını və hərbçi kimi yetişməsini vəsiyyət edib. Şəhidin həyat yoldaşı Leyla Əliyeva Rüfəti hərbçi kimi böyüdəcəyini, həyat yoldaşının vəsiyyətini yerinə yetirəcəyini deyir:

“Yoldaşım demişdi ki, uşaq doğulanda atamın adını qoyarsan. Mən yoldaşımla fəxr edirəm, qürur duyuram. Vətən sağ olsun!”