2021/05/Arzu_-1620231958.jpg

line
Adı: İsgəndərov
Soyadı: Arzu
Ata adı: Seymur
Doğum tarixi: 27.10.1988
Şəhid olub: 13.11.2020
Rütbəsi: Kapitan
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlarımızdan biri də Arzu İsgəndərovdur. Arzu Seymur oğlu İsgəndərov 1988-ci il oktyabrın 27-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olub. 1994–2002-ci illərdə Zəyəm qəsəbə tam orta məktəbində, 2003–2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində biliklərini dərinləşdirib.

Arzu İsgəndərov 2010-cu ildə Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində taqım komandiri, 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində bölmə rəisi, 2013–2015-ci illərdə Goranboyda hərbi hissədə bölmə rəisi, 2015–2018-ci illərdə Ağdam rayonu "N" saylı hərbi hissədə bölmə rəisi, 2015–2018-ci illərdə isə Füzulidə bölmə rəisi vəzifələri üzrə xidmət edib. 2020-ci ilin avqust ayından isə Bakı korpusuna AİS rəisi vəzifəsinə təyinat alıb.



Arzu İsgəndərov 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərin də iştirakçısı olub.

Arzu İsgəndərov misilsiz xidmətlərinə görə müxtəlif dövrlərdə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib.



Azərbaycan Ordusunun kapitanı olan İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arzu İsgəndərov noyabrın 13-də Xocavənd rayonu istiqamətində mina partlaması nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn edilib.

Vətən müharibəsindəki qüsursuz xidmətlərinə görə Arzu İsgəndərov ölümündən sonra Prezident Sərəncamlarına əsasən, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi. Aylin Arzum adlı iki qızı yadigar qalıb.