2021/05/Elgin-1620233883.jpg

line
Soyad: Abbaslı
Ad: Elgün
Ata adı: Ağayar
Doğum tarixi: 16.05.1991
Şəhid olub: 10.11.2020
Rütbə: mahhxhq əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vətən müharibəsində qəhrəmanlıq göstərən minlərlə igid vətən oğullarımız adını tarixə yazdırdı ki, onlardan biri də Abbaslı Elgün Ağayar oğludur.

Elgün Abbaslı 16 may, 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində anadan olub. 1992-ci ildə Laçın işğal olunduğu üçün Qəhrəmanımızın ailəsi məcburi köçkün kimi Sumqayıt şəhərinə gəlmiş, Sarıqaya qəsəbəsində məskunlaşmışdır. Orta təhsilini başa vurduqdan sonra Elgin hərbi xidmətə yollanmışdır.

Uşaq yaşlarından hərbçiliyə marağı olan Elgün, hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini Pirəkəşküldə yerləşən hərbi hissədə, tibb bölüyündə davam etdirmişdir.

MAHHXHQ əsgər Elgün Abbaslı 2020-ci il, sentyabrın 27-də başlayan Vətən Müharibəsində Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub, yaralıları döyüş meydanından çıxarıb. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən Elgin Abbaslının içində olduğu maşın 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində ermənilər tərəfindən atəşə tutulub. Qəhrəmanımız yaralanmağına baxmayaraq, geri çəkilməyib, şəhid olmuş komandirinin nəşini ərazidən çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb.O,Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli olan Elgünün Nəzrin adlı bir qızı ondan yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.