2021/05/12647-3240485416.jpg

line
Adı: Əliyev
Soyadı: Fərhad
Ata adı: İlham
Doğum tarixi: 07.09.1993
Şəhid olub: 20.10.2020
Rütbəsi: Mahhxhq kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
II Qarabağ müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri də Fərhad Əliyevdir. Fərhad İlham oğlu 7 sentyabr 1993-cü ildə anadan olub. Ailənin tək övladı olan Fərhadın hələ heç bir yaşı tamam olmamış atası rəhmətə getdiyindən onu anası tək böyüdüb. Fərhad 9-cu sinfə kimi 20 saylı məktəbdə təhsil alıb. Daha sonra Bakı İdarəetmə Kollecində təhsilini davam etdirib. Naftalan şəhərində hərbi xidmətini başa vurduqdan sonra yolunu yenə də hərbidən salıb. Fərhad 877-ci hərbi hissədə MAXE kiçik çavuş kimi xidmət edib.

Kiçik çavuş Əliyev Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində bir neçə adsız yüksəkliyin ələ keçirilməsində, eləcə də Füzuli rayonunun Kürdlər, Yuxarı Abdurrəhmanlı, Gecəgözlü kəndlərinin alınmasında xüsusi rolu olub. Qəhrəmanımız oktyabrın 20-də Füzuli rayonu Gecəgözlü kəndində düşmən üzərinə hücuma keçərkən həlak olub. Nəşi neytral zonada qaldığından yalnız 29 gün sonra oradan çıxarmaq mümkün olub. Şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Fərhad Əliyev ölümündən sonra "Vətən uğrunda" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.



“Deyirdim, şəhid olsun, amma əsir düşməsin. Çünki əsirlərə verilən zülmü düşünəndə ölüb dirilirdim. İstəmirdim o xəbəri eşidəm. Gözsüz, əlsiz, ayaqsız qəbul edirdim, amma əsir düşməsin deyirdim”...

Bu, 29 gün oğlundan xəbər tuta bilməyən Tacirə ananın son arzusu idi. İnanırdı ki, uşaqlıqdan qarşılaşdığı bütün çətinliklərə sinə gələn Fərhadı müharibənin alovundan sağ-salamat çıxıb evinə dönəcək. Amma qorxduğu başına gəldi... Fərhad uğrunda döyüşdüyü Vətən yolunda şəhid oldu.

Anası deyir ki, müharibə başlayan gün ona işdə təklif ediblər ki, tək övlad olduğu üçün ön cəbhədə deyil, arxa cəbhədə qalsın. Lakin Fərhad “hərbçi yoldaşlarım harada, mən də orada. Mənim onlardan nə fərqim var ki?” - deyərək etiraz edib.



Fərhad son dəfə oktyabrın 18-də anası ilə telefon əlaqəsi saxlayıb:

"Oğlumla danışanda inanmazdım ki, bu zəng Fərhadın son zəngi olacaq. Döyüş yoldaşları danışır ki, Cəbrayılda pusquya düşüblər. Orda Suriyadan olan ermənilər döyüşürmüş. O zaman komandiri deyib ki, "Əliyev, silah bitir, gedin tez silah dalınca". Bu da silahı gətirib gələndə ermənilərlə qarşılaşır və gicgahından vururlar. İki saatdan sonra komandirini də vururlar”...

29 gündə hər gün oğlunu axtaran ana sonda şəhidinə qovuşub:

“Qohumlarım gedib axtarırdı, amma tapa bilməmişdilər. Mən gedəndə anası ilə qayıtdı... Əvvəlcə nəşini Beyləqana apardılar, mən də ardınca getdim ora. Orda tabuta qoyub bayraqla bəzədilər oğlumu. Təsəvvür edirsiniz, tanımadığım insanlar onun üçün dualar elədi, mənim oğlum tək qalmadı orda. Bizim xalqımız böyük xalqdır, oğlumu yalnız qoymadılar”...

“Fərhadın yas məclisinə gələn bir qadın vardı, dedi, "Xala, balaca oğlum var, şəhid anası görmək istəyir. İcazə verin gətirim sizin yanınıza", dedim, "Bala, gətirin görsün” , ana köks ötürür, "Şəhid anası ali addır"...