2021/09/akber-1632771044.jpg

line
Adı: Əkbərov
Soyadı: Rahil
Ata adı: Canəhməd
Doğum tarixi: 01.03.1991
Şəhid olub: 26.11.2020
Rütbəsi: Mahhxhq kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rahil Canəhməd oğlu Əkbərovdur. O, Vətən müharibəsinin başlandığı gündən sonuna qədər döyüşlərdə xüsusi igidlik göstərən oğullardandır.

Rahil Əkbərov 1 mart, 1991-ci ildə Sabirabad rayonunun Ətcələr kəndində dünyaya gəlib. 1998-2009-cu illərdə Ətcələr kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb.

Tovuz rayonunun Əlibəyli kəndində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının əsgəri kimi vəzifəsini yerinə yetirərək 2011-ci ildə geri dönüb.

Amma hərbi sahəyə olan marağı, Vətənə məhəbbəti onu 2017-ci ildə Müşviq qəsəbəsindəki “N” saylı hərbi hissəyə gətirb çıxarır. Burada üç il xidmət edərək kiçik çavuş rütbəsi alır.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Rahil də manqa komandiri kimi vətənin haqq davasına qoşulur. Həmin gün xidmət etdiyi hərbi hissənin tərkibində Goranboya gələn döyüşçü buradan Füzuli və Cəbrayıl uğrunda döyüşlərə gedir. Döyüşə-döyüşə Şuşaya qədər gedib çıxır. Snayper atəşi ilə düşmənləri sərrast nişan alan kiçik çavuş müharibənin sonuna kimi orada olur, ağır döyüş tapşırıqlarının yerinə yetirlməsində, döyüş meydanından yaralıların təxliyyə olunmasında xüsusi cəsarət və qəhrəmanlıq göstərir.

Müharibə bitdikdən sonra, noyabr ayının 25-nə qədər Cəbrayıl rayonunda, sonra Hadrut qəsəbəsində olub. Noyabrın 25-i axşam saatlarında ailəsi ilə telefon əlaqəsi saxlayaraq səhər tezdən xidmət etdiyi hərbi hissənin Hadrutdan çıxacağını bildirib və tezliklə görüşəcəklərini söyləyib.

26 noyabr gecə saatlarında ərazini yoxlamaq məqsədi ilə tapşırıq alan Rahil beş nəfərlə bir evə daxil olur. Hər zaman ehtiyat təbdiri görən hərbi qulluqçularımız, bu dəfə gözləmədikləri halda evin zirzəmisində gizlənən düşmən əsgərlərinin açdığı güllədən yayına bilmir. Müharibənin sonuna qədər sağ-salamat gəlib çıxan Rahil də digər iki yoldaşı ilə birgə şəhidlik zivəsinə ucalır…

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə","Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.