2021/05/16108-1620247764.jpg

line
Adı: Qulamlı
Soyadı: Afiq
Ata adı: Fərhad
Doğum tarixi: 24.10.1996
Şəhid olub: 19.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Afiq Qulamlı da var.

Afiq Fərhad oğlu Qulamlı 1996-cı il dekabrın 24-də Xırdalan şəhərində dünyaya göz açmışdır. Dəmirçi ailəsində dünyaya gələn Afiq ailənin sonbeşiyi idi. Onun Vətən sevgisi uşaq yaşlarından hiss edilirdi. Məktəbdə keçirilən tədbirlərdə o hər zaman əsgər rolunda çıxış edirdi.

Təhsilini Xırdalan 9 saylı məktəbdə alan Afiq məzun olduqdan sonra 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Silahlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət edən Afiq Hərbi xidmətdə olduğu zaman Aprel döyüşlərinin iştirakçısı olmuşdur. O, yaşının az olmasına baxmayaraq döyüşlərdə böyük şücaət göstərmişdir.

Əsgərlikdən qayıtdıqdan sonra ailəsinə dəstək olmaq üçün Bakıda fəaliyyət göstərən enerji içkiləri şirkətlərin birində "Operator" vəzifəsində çalışmışdır. Operator olmasına baxmayaraq Afiqin ürəyi səngərdə qalmışdı. O, tez-tez dostlarına “kaş mən də hərbiçi olardım” deyirdi. Hərbi formada olan zabitləri gördükdə heyfislənər, dərindən bir ah çəkirdi.



General Polad Həşimovun şəhadətə yüksəlmə xəbəri Afiqi ordu sıralarına könüllü yazılmağa sövq etdi. Xalqın Həşimova olan sevgisi Afiqdə " şəxsiyyət kimi tarixin yaddaşında yaşamaq" arzusunu yaratdı. Ailəsindən gizli ordu sıralarına könüllü yazılan gənc qəhrəman 21 Sentyabrda səfərbərlik xidməti tərəfindən təlimlərə çağrılmışdır.

O xəbəri alan kimi yeməyini yarımçıq qoyub bir an belə tərəddüd etmədən böyük bir şövqlə təlimlərə qoşulmuşdur.
Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən qəhrəman snayper gülləsinə tuş gələn tibbi maşını xilas etmək üçün 4 yoldaşı ilə birgə özünü alovun içinə atmışdır.

Afiq Qulamlı 19 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub Şəhidin nəşi oktyabrın 24-də gecə saatlarında ailəsinə təhvil verilmiş və bir gün sonra Xırdalan Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Dəfn məsarisimindən sonra Şəhidin ailəsinə başsağlığı verməyə gələn qazi yoldaşları Afiqin igidliyindən ağızdolusu danışırlar. Yaşının az olmasına baxmayaraq, könüllü yazılmasından bir an belə peşmanlıq duymadığını və sanki bir zabit təki yoldaşlarını həvəsləndirdiyini qeyd edirlər.

Onlardan biri Kamal Hüseynov döyüşlərdə Afiqlə çiyin-çiyinə vuduşduğunu və övladı olduğu üçün Afiqin onu dəfələrlə qorumağa çalışdığını bildirir.

Füzuli uğrunda gedən döyüşlərdə Kamal yaralanarkən Afiq təhlükəni nəzərə almayaraq sürünərək yoldaşının yanına getmək istəsə də, Kamal ona mane olmuşdur. Kamal qeyd edir ki, Afiq ona " Sən qabaqda döyüşmə sənin körpə balan var, mən subayam mənə bir şey olmaz" deyirmiş. Gülləsi bitdiyi zaman öz həyatını düşünmədən gülləsinin yarısını yoldaşı ilə bölüşən Afiq döyüşlərdə qorxmazdan vuruşmuşdur. Xəstəxanaya aparıldıqdan sonra döyüş yoldaşından narahat olan və onun şəhid olduğunu zənn edən Afiq dostu ilə telefon danışığında çox böyük təəssüf hissi ilə Kamal haqqında danışmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afiq Qulamlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afiq Qulamlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.