2021/05/Scree-1620287320.jpg

line
Adı: Ağayev
Soyadı: Mənsur
Ata adı: Ağa
Doğum tarixi: 29.07.1994
Şəhid olub: 09.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Mənsur Ağa oğlu Ağayev 1994-ci il, iyunun 29-da Hacıqabul rayonunun Padar qəsəbəsində anadan olub. Mənsur Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Mənsur Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub. Hərbi xidmətini başa vurub geri dönən Mənsurun arzuladığı gün gəlib. 27 sentyabr 2020-ci ildə erməni işğalı altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandan əks-hücum əmri verib.

Mənsur Ağayev bu dəfə könüllü döyüşə getməyi qərara alıb. Evdə heç kim onun istəyinə qarşı çıxmayıb, anası yola salanda dözə bilməyib, ağlayıb. Mənsur ağlayan anasına gülə-gülə bu sözləri deyib: "Ana, mən şəhid olacağam, mənim adımla fəxr edərsən həmişə".

Onu tanıyanların dediyinə görə, Mənsur çox xeyirxah, yardımsevər, hər kəsin köməyinə yetən biri olub. Qarabağ uğrunda döyüşlərdə də öndə gedib. Bir çox döyüşlərdə - Füzulidə, Hadrutun alınmasında qəhrəmanlıq göstərib. Minamyot atıcısı olub. Döyüş dostlarının dediyinə görə, dəfələrlə erməni raketləri önlərinə düşüb, amma qismət elə gətirib ki, partlamayıb. Mənsur Ağayev döyüşlərdə çox qəhrəmanlıq göstərib, döyüş dostları ilə məqsədləri Şuşa uğrunda baş qoymaq olub. Elə Şuşa uğrunda gedən döyüşlərdə də, qəhrəmanlıq göstərən Mənsur Ağayev noyabrın 9-da, Şuşada şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Mənsur Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Mənsur Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.