2021/05/Scree-1620289797.jpg

line
Adı: Sərdarlı
Soyadı: Rahim
Ata adı: Rafik
Doğum tarixi: 03.08.1996
Şəhid olub: 09.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Sərdarlı Rahim Rafik oğlu 13 Avqust 1996 ci ildə Xaçmaz rayon Canaxir kəndində anadan olub.

Aprel döyüşlərinin fəal iştirakçılarından olan Rahim Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb və elə ön cəbhələrdə vuruşub. Cəbrayıl, Qubadlı döyüşlərində fəal iştirak edib. Rahim evə son zəngində şiddətli döyüşlərin getdiyini, ordumuzun hər gün irəlilədiyini deyib. Ailəsinə artıq Şuşaya çatdıqlarını, tezliklə Qarabağın tam azadlığa qovuşacağını bildirib. Şəhidimizin anası deyir ki, müharibədən üç ay öncə oğlu nişanlanıb:

“Toyuna hazırlaşırdıq, amma o, bizi yox, Vətəni seçdi. Mənim yox, Vətənin övladı oldu”. Rahim Sərdarlı Şuşa azad olunan gün şəhid olub. Vətən müharibəsinin qəhrəman şəhidi doğulub boya-başa çatdığı Canaxır kəndinin qəbiristanlığında dəfn olunub. Həmin ərazidə hazırda onun adına bulaq inşa edilib.

Bacısı Mələk Məmmədovanın sözlərinə görə, Rahim nişanlı olub və toyuna hazırlıq gedirmiş: “Mənə söz vermişdi ki, qayıdacaq. Deyirdi, heç narahat olmayın, getdiyim kimi də gələcəyəm. Nişanlısına da söz vermişdi ki, məni qəhrəman kimi qarşılayacaqsınız. Elə də oldu. Qəhrəman qardaşımla fəxr edirəm”.

Noyabrın 8-də Şuşa azad olunan gün Rahimin ailəsinə şəhid olması barədə məlumat verilib. Vətən Müharibəsinin qəhrəman şəhidi doğulub boya-başa çatdığı Canaxır kəndinin qəbiristanlığında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə əsgər Rahim Sərdarlı ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.