Hərbi xidmətini başa vurduqdan bir müddət sonra-İkinci Vətən Müharibəsi başlamazdan bir həftə əvvəl, sentyabrın 21-də isə səfərbərliyə cəlb olunub…
Döyüş yolu Xocavəndəcən davam edib və müharibənin başa çatmasına 5 gün qalmış, noyabrın 5-də Şəhidlik məqamına ucalıb…
Amma nəşini 15 gündən sonra əldə etmək mümkün olub və noyabrın 20-də dəfn olunub Şəhidimiz…
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlqar Əhmədov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Əhmədov ölümündən sonra
"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.