2021/05/12698-1620311239.jpg

line
Soyad: Babayev
Ad: Ağaşirin
Ata adı: Firuz
Doğum tarixi: 16.05.2001
Şəhid olub: 03.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Babayev Ağaşirin Firuz oğlu 2001-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində dünyaya gəlib. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb, Ağcəbədidə xidmət edib.

Vətən müharibəsində mərdliklə vuruşub və noyabrın 3-də Xocavənddə aldığı qəlpə yarası nəticəsində şəhid olub. Ailəsi 15 gün ondan xəbər tuta bilməyib. Şəhidimiz 19 noyabrda Qəbələ şəhərində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Həmçinin Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Ağaşirin Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə də təltif edilib.


Vətən müharibəsində canından keçmiş 19 yaşlı şəhidin adına Qəbələdə yeni yaşayış massivində yerli sakinlərin təşəbbüsü ilə bulaq inşa edilib. Bulağın inşa edildiyi ərazidə abadlıq işləri aparılıb, müxtəlif ağaclar əkilib, yaşıllıq zolaqları salınıb.