2021/05/16128-1620333241.jpg

line
Adı: Rəhim
Soyadı: Həmidov
Ata adı: Ehtiram
Doğum tarixi: 12.02.1996
Şəhid olub: 14.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Rəhim Həmidov 12 fevral 1996-ci il Göyçay rayonu Mırtı kəndində doğulub. 2004-cü ildə Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə getmiş, sonra isə təhsilini Göyçay rayonunun Mırtı kənd tam orta məktəbində 2014-cü ildə başa vurmuşdur.

Rəhim Həmidov 2015-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır, 2016-cı ilin oktyabr ayında xidmətini başa vurmuşdur. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinə 29 sentyabr 2020-ci il tarixində qatılmışdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəhim Həmidov Xocavənd və Füzulinin azad edilməsində savaşıb. Füzuli şəhərinin və bir neçə kəndinin işğaldan azad olunmasında iştirak edib.

Bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Son dəfə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və 14 oktyabr 2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Nəşi neytral zonada qaldığından 30 noyabr 2020-ci il tarixində ailəsinə təhvil verilmişdir. Rəhim Həmidov 30 noyabr tarixində Göyçay rayonunun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Həmidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.