Yüzlərlə qəhrəman oğullarımız Vətən müharibəsində igidlik göstərib, adını tarixə yazdırdı. Onlardan biri də Adilov Şirəli İlham oğludur.
Füzulidə, Hadrutda, Xocavənddə gedən döyüşlərdə iştirak edən Şirəli,böyük qəhrəmanlıqlar göstərib.
O, 1996- cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.
Valideynləri ayrıldığından 13 yaşından atasız böyüyən Şirəlinin həyatı çox çətinliklə keçib. Uşaq yaşlarından ailənin bütün ağırlığı çiyinlərində olduğundan, təhsilini yarımçıq qoyaraq, işləməyə məcbur olub.
Ən böyük arzusu isə bacı və qardaşının təhsil alması idi...
Aprel döyüşlərində könüllü olaraq iştirak edən qəhrəmanımız Vətən müharibəsinin də ilk günlərindən döyüşlərə qatılıb. Bir çox igidliklər göstərən Şirəli, oktyabrın 24 də qəhrəmancasına şəhidlik məqamına ucalıb.
Şəhid olduqdan sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Musavat.com olaraq şəhidimiz Şirəli Adilovun ailəsinə baş çəkib, onun həyat hekayəsini yaxınlarının dilindən eşitdik.